Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalının icra başçısı səyyar qəbul - görüş keçirib

0

  •               Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin mart ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən 03 mart 2022-ci il tarixdə Goranboy rayon Meşəli qəsəbəsində yerləşən Meşəli kənd İƏD-si üzrə icra nümayəndəliyinin inzibati binasında həmin ərazidə müvəqqəti olaraq məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirmişdir.     Qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak etmişdir.     Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat vermişdir.     Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, onları nərahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırılmışdır. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüşdür.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib57 dəfə
    Xocalının icra başçısı səyyar qəbul görüş keçirib

    Maraqlı gələ bilər
    56
    287